1 iyun 2012 13:48

“Foqts millidən getsə də, heç nə dəyişməyəcək”

AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində Azərbaycan yığmasının Andorra ilə sınaq matçından (0:0), eləcə də millimizdəki problemlərdən danışıb. Gənc mütəxəssis öncə bunları dilə gətirib:

“Andorra ilə heç-heçəni şərh etmək də istəmirəm. Lakin mənim üçün Andorra ilə 0:0 problem deyil. İdmanda belə şeylər də olur. Məni narahat edən başqa məqamdı – sərgilənən oyun. Oyundan sonra oxudum ki, Berti Foqts sərgilənən futboldan razı qalıb. Mən indi dəqiq bilmirəm o, hansı məqamlara görə belə hesab edir. Amma mən yaxşı oyunu qələbədə görürəm. Oyundan necə razı qalmaq olar ki, sonda heç-heçə qeydə alınır. Özü də FİFA reytinqində 205-ci yerdə gedən, hesabında xal olmayan bir komanda ilə. İndi bizim sayəmizdə onlar 18 pillə irəliləmək şansı qazandılar”.
 
Lakin Abdullayev hər şeyə rəğmən Foqtsu tənqid etmək istəmədiyini bildirir: “Bizim onu tənqid etməyimiz heç nə verən deyil. Bu, faktdı ki, o bu tsiklin sonuna qədər yığmanın sükanı arxasında olacaq. Ümumiyyətlə, hesab edirəm ki, hətta Foqts getsə də, heç nə dəyişməyəcək. Yenə başqa bir əcnəbi gələcək, hər şey yenidən başlayacaq. Əgər Foqtsu tənqid ediriksə, komandanı da tənqid etməliyik. Burda hər kəsin günahı var”.
 
AZAL-ın sabiq çalışdırıcısı tez-tez heyət dəyişməsinə qarsıdı: “Əgər yığmada belə heyət dəyişiklikləri tez-tez baş versə, nəticələrimiz də belə olacaq. Biz artıq sabit bir heyət müəyyənləşdirməliyik. Foqts daim axtarışdadı. Amma möcüzə baş vermir”.
 
Abdullayev yığmamızın Andorra ilə heç-heçə etməsini faciə hesab etmir: “Faciə başqa məqamlardadı. Məsələn, yığmamızın gələcəyi yoxdu. Şəxsən mən millinin gələcəyini görmürəm. Foqts deyir ki, futbolçularımız xarici klublarda çıxış etməlidi. Amma bu da baş vermir. Heç olmasa Foqts özü bu işdə onlara kömək etsin. Axı onun Almaniyada yaxşı əlaqələri var. Hər uğursuzluqdan sonra Foqtsun bəzi açıqlamaları bizə gülməli görünür. Lakin mən onu tənqid etməkdə bir məna görmürəm. Məni narahat edən Azərbaycan futbolunun gələcəyidi”.
 
Sonda o, yerli mütəxəssislərin Foqtsa qarşı münasibətindən də danışıb: “Çoxları elə düşünür ki, yerli mütəxəssislər Foqtsa qarşı çox haqsızlıq edirlər. Amma bir məşqçi ki, iki tsikl boyunca yığmada heç nəyə nail ola bilməyib və hər şeydə özünə bəraət qazandırı, burda nə deyəsən? Yığma üzvlərindən götürülən testlərdə də bir məna görmürəm. Tutaq ki, hansısa futbolçunun göstəriciləri zəif oldu. Onu maksimum heyətdən kənarlaşdıracaqlar. Biz Berti Foqtsu tənqid etmirik. Şəxsən onun keçmişi mənə maraqlı deyil. Mənim üçün əsas odu ki, millinin sükanı arxasında olan şəxs komandamıza fayda versin. Hesab edirəm ki, AFFA-da ağıllı insanlar oturub və hər şeyi özləri də yaxşı başa düşürlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.