1 iyun 2012 13:57
UEFA daha altı klubu Avropadan kənarlaşdırdı
UEFA-nın Nizam İntizam Komitəsi Türkiyədən sonra daha bir ölkənin klublarını cəzalandırıb. Azerisport.az xəbər verir ki, Avropa futbol qurumu Yunanıstanın 6 klubuna lisenziya hüququ verilməyib.
Belə ki, AEK olmaqla, “Kerkira”, “Aris”, “Panionios”, “Giannina” və OFİ klublarına lisenziya hüququ verilməyib. Buna görə də onlar yeni mövsümdən yüksək liqada iştirak etmələrinə baxmayaraq, transfer etmə, oyunçuları ilə müqavilə yeniləmə, avrokuboklara qatılma və televiziyadan gəlir götürmək kimi hüquqlardan məhrum olunub.
Bu mövsüm Yunanıstanı Avrliqada təmsil etməli olan AEK klubunu isə “Asteras Tripolis” komandası əvəzləyəcək.
Qeyd edək ki, UEFA İntizam Komitəsi daha öncə Türkiyənin 3 klubunu – “Beşiktaş”, Bursaspor” və “Gaziantepspor” komandalarını avrokuboklardan kənarlaşdırıb.
