1 iyun 2012 22:49

Yığmamız Norveçə yenə məğlub oldu (YENİLƏNİB)

Bu gün gənclərdən ibarət yığmalar arasında 2013-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar baş tutub. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-21 yığması da öz qrupunda sayca altıncı matçına çıxıb.
 
Belə ki, Bernard Lippertin çalışdırdığı komandamız səfərdə Norveçin qonağı olub. Hansı ki, bu komanda keçirdiyi ilk dörd oyundan ikisində qalib gəldiyi halda, birində heç-heçə edib, birində isə uduzmuşdu. Norveçlilər millimizi 3 xal qabaqlayırdılar ki, futbolçularımız qələbə qazanacaqları halda, bu fərqi aradan qaldıra bilərlərdilər. Norveç yığması isə növbəti 3 xal qazanmaqla ikinci pilləyə yüksəlməyi hədəfləmişdilər.
 
Qeyd edək ki, buna qədər yığmamız 5 oyun keçirmişdi ki, onlardan birində qələbə qazanıb, birində heç-heçəyə nail olub, qalanlarında məğlub olmuşduq. İlk iki oyununu səfərdə keçirən millimiz ardıcıl olaraq İngiltərəyə (0:6) və Belçikaya (1:4) uduzmuşdu. Daha sonra isə evdə Norveçə (0:2) yenilən futbolçularımız Belçika ilə ev oyununda 2:2 hesablı heç-heçəyə nail olmuşdular. İslandiya ilə ev oyununda isə komandamız seçmə mərhələdə ilk qələbəsini qazanmışdı – 1:0.
 
Təəssüf ki, Norveçlə səfər oyunumuz da uğursuz alınıb. Meydan sahiblərinin ilk yarıda vurduğu qol matçda yeganə olub.
 
Sonda onu da bildirək ki, Azərbaycan yığması iyunun 5-də İslandiya ilə də səfər matçına çıxacaq.
 
AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup
1 iyun
 
Norveç - Azərbaycan - 1:0 (1:0)
Qol: M.Pedersen, 29 (1:0).
Baş hakim: Dimitar Meçkarovski (Makedoniya)
Drammen. “Marienlüst” stadionu.
 
NORVEÇ: 1. Arild Estbe, 2. Veqar Hedenstad, 3. Martin Byurnbek, 4. Stefan Strannberq (k), 5. Yoahim Voqe-Nilsen, 6. Maqnus Eykrem, 7. Harmet Sinqh, 9. Coşua Kinq, 10. Markus Pedersen, 11. Tomas Draqe, 15. Andres Konradssen.
Ehtiyat oyunçular: 12. Eryan Nyulann-Haşold, 8. Yo-İnqe Berqet, 13. Martin Linnes, 14. Maqnar Edeqor, 16. Yann-Erik de Lanlay, 18. Fredrik Ulvestad, 20. Muşaqa Bakenqa.
Baş məşqçi: Per-Yoar Hansen.
AZƏRBAYCAN: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 6. Mirhüseyn Seyidov (k), 7. Araz Abdullayev, 9. Orxan Həsənov, 10. Eşqin Quliyev, 13. Əli Gökdəmir, 14. Bədavi Hüseynov, 17. Cavid İmamverdiyev, 19. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 12. Osman Umarov, 4. Elvin Yunuszadə, 5. Novruz Məmmədov, 11. Ruslan Qurbanov, 15. Amit Quluzadə, 21. Rəhman Hacıyev, 23. Tural İsgəndərov.
Baş məşqçi: Bernard Raab.
 
Oyun başladı
5. Kinqin qapıya zərbəsi müdafiəçilərimizdən dönür
6. Seyidovun zərbəsi qapıdan aralı keçir
7. Gökdəmir də qeyri-dəqiq zərbə ilə yadda qalır
15. Meydanda çox sönük oyun gedir
20. Konradsenin zərbəsi qeyri-dəqiq olur
22. İmamverdiyevin zərbəsi zamanı top qapıdan yan keçir
29. Pedersen dəqiq zərbə ilə hesabı açır - 1:0
33. Meydan sahiblərinin kornerdən ikinci qolu vurmaq istəyi baş tutmur
34. Seyidov ofsayda düşür
37. İmamverdiyev də oyundankənar vəziyyətə düşməklə yadda qalır
38. Sinqhin zərbəsi zamanı qapıçımız əla oynayır
39. Konradssenin zərbəsi zamanı yenə Ağayev qapısının toxunulmazlığını qorumağı bacarır
44. Kinqin hesabı artırmasına yenə qapıçımız mane olur
45. Pedersenin zərbəsi qapıdan aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Norveçin heyətində Draqe yerini Berqetə verir
49. Kinqin zərbəsi qapıdan aralı keçir
51. Pedersenin növbəti zərbəsi qeyri-dəqiq olur
53. Berqetin hesabı artırmasına qapıçımız mane olur
54. Norveçlilərin kornerdən fərqlənmək istəyi alınmır
54. Abdullayevin zərbəsi qapıdan aralı keçir
56. Gökdəmir də hədəfə düşə bilmir
57. Norveçin növbəti korneri də uğursuz alınır
59. Eşqin sarı vərəqə ilə cəzalanır
60. Pedersendən daha bir qeyri-dəqiq zərbə
61. Berqet də oxşar zərbə ilə yadda qalır
62. Norveçlilərin korner vuruşu zamanı müdafiəçilərimiz yaxşı oynayırlar
63. Konradssenin zərbəsi hədəfdən yan keçir
64. Eykremin uzaqdan zərbəsi dəqiq olmur
65. Komandamız fasilədən sonra demək olar ki, ancaq müdafiə olunur
68. Seyidovun uzaqdan qapıya yol tapmaq cəhdi uğursuz alınır
71. Gökdəmir sarı vərəqə ilə cəzalanır
71. O.Həsənov yerini R.Hacıyevə verir
72. E.Quliyevin əvəzində isə meydana A.Quluzadə çıxır
75. Amitin meydana çıxdıqdan sonrakı ilk işi sarı vərəqə almaq olur
76. Stranbberqin zərbəsi hədəfdən yan keçir
77. Komandamızın heyətində son əvəzləmə: Abatsiyevi R.Qurbanov əvəzləyir
77. Meydan sahibləri künc zərbəsi yerinə yetirir: müdafiəçilərimiz sayıqdılar
82. Kinqin əvəzində meydana de Lanlay çıxır
84. Pedersen sarı vərəqə alır
89. Sinqhin əvəzində meydana Ulvestad çıxır
90. R.Qurbanov da sarı vərəqə alır
90+1. Strannberqin zərbəsi qapıdan aralı keçir
90+3. Hedenstad sarı vərəqə alır
90+4. Berqetin zərbəsi zamanı Ağayev komandamızı qoldan xilas edir
Matç başa çatdı
 
 
1. İngiltərə
6
5
0
1
21-3
15
2. Norveç
5
3
1
1
8-4
10
3. Belçika
6
2
2
2
11-12
8
4. Azərbaycan
6
1
1
4
4-15
4
5. İslandiya
5
1
0
4
2-12
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.