1 iyun 2012 01:53
Yığmamızın rəqibi Almaniya ilə bacarmadı
Dünyanın yaşıl meydanlarında müxtəlif ölkə yığmaları yoldaşlıq oyunları keçirməyə davam edirlər. Azerisport.az ötən gecə baş tutan görüşlərin nəticələri ilə sizi də tanış edir.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın ilk rəqibi olacaq İsrail Almaniya ilə qarşılaşıb. Almanlar AÇ-2012 öncəsi qələbəyə seviniblər.
Qitə birinciliyinə hazırlaşan Yunanıstan da qələbə qazanıb. Yunanlar Ermənistanı minimal hesabla yendikləri halda, AÇ-nin əsas favoritləri arasında olan Fransa da Serbiyanı məğlub edib.
Braziliya millisi isə ABŞ yığmasını darmadağın edib.
Yoldaşlıq oyunları
31 may
ABŞ – Braziliya – 1:4
Almaniya – İsrail – 2:0
Yunanıstan – Ermənistan – 1:0
Fransa – Serbiya – 2:0
