1 iyun 2012 15:14
Ronaldinyo klubsuz qaldı
Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo çıxış etdiyi "Flamengo" klubu ilə yollarını ayırmalı olub. Azerisport.az xəbər verir ki, buna ulduz futbolçunun komandasından maaşını ala bilməməsi səbəb olub.
"Flamengo"dan ümumilikdə 16 milyon avro alacağı olan Ronaldinyoya həmin məbləğ ödənilmədiyindən futbolçu komandasını məhkəməyə verib. Nəticədə məhkəmə çəkişməsindən qalib çıxan 32 yaşlı futbolçu klubdan təzminatsız ayrılmaq hüququ əldə edib.
Qeyd edək ki, ötən mövsüm "Flamengo"ya transfer olunan Ronaldinyo keçirdiyi 32 oyunda 14 qola imza atıb. Onun karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.
