1 iyun 2012 16:35
Hansen: Azərbaycan yığması ev komandasıdı
Norveçin 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Per Yoar Hansen AÇ-2013-ün seçmə mərhələsinin Azərbaycanla bu günkü oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Əlbəttə, bizə qələbə qazanmaq lazımdı. Azərbaycan yığması bizim üçün tanış rəqibdi. Biz onları səfərdə 2:0 hesabıyla məğlub etmşdik. Onlar kifayət qədər texnikalı futbol sərgiləyirlər. Azərbaycan yığmasını ev komandası da adlandırmaq olar. Onlar doğma publika qarşısında səfərdəkindən daha yaxşı oynayırlar. Bu üzdən də azərbaycanlıların evdə İslandiyanı məğlub etməsini eşidəndə, buna təəccüblənmədim. Çünki biz də Bakıda çox çətinliklə qalib gəlmişdik”.