1 iyun 2012 16:57
“AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər hələ müzakirə olunmayıb”
Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava AFFA prezidenti ilə bu gün baş tutan görüşündən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Şadam ki, bu görüş baş tutdu. Biz bununla həm də Azərbaycan və Gürcüstan mətbuatındakı mifi dağıtdıq. Biz AÇ-2020 uğrunda mübarizədən qalib ayrılmaq istəyirik. Yaxın 10 gün ərzində bu məsələ ilə bağlı işçi qrupu yaradılacaq. Tezliklə Azərbaycanda görüşümüz olacaq. Həmçinin o da məlum oldu ki, hər iki ölkə bu arzunu dəstəkləyir. Həmçinin biz yaxın zamanlarda AÇ-2020-yə ev sahibliyi edə biləcək şəhərləri də müəyyənləşdirəcəyik. Şəhərlər hələ müzakirə olunmayıb”.