1 iyun 2012 17:16
Zviad Siçinava: Azərbaycanla Gürcüstanın şansları yüksəkdi
Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava AFFA prezidenti ilə bu gün baş tutan görüşündən sonra iki ölkənin AÇ-2020-yə ev sahibliyi etmək şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“UEFA-nın siyasəti məhz Gürcüstan, Azərbaycan kimi ölkələrdə futbolun inkişaf etməsinə hesablanıb. Odu ki, bizim bu çempionatı keçirmək şanslarımız yüksəkdi. UEFA bizim ölkələrimizə inanır. Çünki hər iki ölkədə futbola, futbol infrastrukturunun inkişafına böyük önəm verilir. Bu mənada bizi digər ölkələrlə müqayisə etməyə də dəyməz. Məsələn, Almaniya Avropa çempionatına ev sahibliyinə bir aya da hazırlaşa bilər. Onların bizdəki kimi problemləri yoxdu”.