1 iyun 2012 17:42
AÇ-2020 ilə bağlı işçi qrupunu baş katiblər formalaşdıracaqlar
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatını keçirməyə hazırlaşan Azərbaycan və Gürcüstan futbol federasiyaları bu məqsədlə yaxın müddətdə işçi qrupu yaratmaq qərarına gəliblər. Azerisport.az xəbər verir ki, bu işçi qrupunu yaratmaq iki ölkə federasiyasının baş katiblərinə - AFFA-dan Elxan Məmmədova, GFF-dən isə Revaz Arveladzeyə həvalə olunub.
Onlar həmçinin AÇ-2020-nin oyunlarına ev sahibliyi etməsi mümkün olan şəhərlər, otellər, aeroportlar və digər məqamlarla da bağlı siyahı hazırlamalıdılar.
