1 iyun 2012 17:54

Rövnəq Abdullayev: Bu, çox ciddi layihə olacaq

AFFA prezidenti Rövnəq Abdullayev bu gün Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava ilə görüş keçirib və AÇ-2020-nin birgə keçirilməsi ilə bağlı bir sıra mühüm müzakirələr aparıb. Azerisport.az xəbər verir ki, görüşdən sonra mətbuata açıqlamasında Abdullayev bunları söyləyib:
 
“Bizim gürcüstanlı həmkarlarımızla yaxşı və məhsuldar görüşümüz baş tutdu. AÇ-2020-ni Azərbaycan və Gürcüstanın birgə keçirməsi ilə bağlı müzakirələr apardıq. Bu, çox ciddi bir layihə olacaq. İnanıram ki, iki ölkə federasiyasının və dövlətlərimizin gücü sayəsində biz bu qitə çempionatını keçirməyə nail olacağıq. Avroviziya zamanı ölkəmizə çoxlu sayda turist gəlmişdi. Bu, turizmin inkişafında önəmli bir addım oldu. AÇ-2020-nin təşkil olunmasıyla biz daha mühüm uğurlar əldə edə bilərik. Çünki futbol Avropada çox populyardı”.
 
Rövnəq Abdullayev stadion və şəhərlərlə bağlı məqamların hələ tam dəqiqləşmədiyini dilə gətirib: “Biz hələ bundan sonra kimdə beş, kimdə dörd stationun olacağına aydınlıq gətirəcəyik. Otel və aeroport baxımından problem yoxdu. Qalır təkcə şəhərləri müəyyənləşdirmək. Məlum standartlar var, bunları da nəzərə almağa məcburuq. Çox güman ki, UEFA hələ bizim 17 yaşadək qızlardan ibarət yığmalar arasında baş tutacaq DÇ-2012-ni necə təşkil edəcəyimizə də baxacaq. Biz bu turniri yüksək səviyyədə yola verməliyik ki, AÇ-2020 uğrunda mübarizədə də şanslarımız artsın”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.