1 iyun 2012 18:16
Neftçi heyətini gücləndirdi (FOTO)
"Neftçi"nin 16 yaşlı futbolçusu Fəhmin Muradbəyli əsas komandanın heyətinə cəlb olunacaq. Azerisport.az xəbər verir ki, məşqçilər korpusunun qərarı ilə gənc futbolçu əsas komanda ilə birgə təlim-məşq toplanışlarında iştirak edəcək.
Fəhmin Muradbəyli hazırda 17 yaşlı futbolçulardan ibarət yığma komandanın heyətində Caspian Cup turnirində uğurla çıxış edir. Fəhmin meydana çıxdığı 2 oyunda fərqlənməyə müvəffəq olub.
Futbolçu əsas komandaya cəlb olunması ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Neftçi"nin əsas komandasına cəlb olunmaq hər gənc futbolçunun arzusudur. Sevinirəm ki, məşqçilər heyəti bu şansı mənə verdi. Gənc futbolçu üçün bundan böyük xoşbəxtlik ola bilməz".
