1 iyun 2012 18:39
Azərbaycan – Litva matçının hakimləri açıqlandı
AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən II Caspian Cup turnirinin üçüncü oyun günü çərçivəsində keçirələcək oyunlara təyinatlar açıqlanıb. Azerisport.az həmin təyinatları diqqətinizə çatdırır.
İlk iki oyununda qalib gəlmiş Azərbaycan millisinin qrupdakı son görüşü – Litva ilə qarşılaşma Namiq Bəkirova həvalə olunub. Digər oyunları isə aşağıdakı hakimlər idarə edəcəklər:
Caspian Cup
2 iyun (şənbə)
Qazaxstan – Qırğızıstan
Saat 10:00. AZAL Arena
Hakimlər: İsmayılov Sərxan, Musayev Elman, Məmmədov Qəzənfər, Hüseynov Yusif
Gürcüstan – Özbəkistan
Saat 10:00. «Dalğa Arena»
Hakimlər: Həsənov Rəhim, Zeynalov Zeynal, Əsgərzadə Elxan, Hacıyev Camaləddin
Yaponiya – Türkiyə
Saat 17:00. «Dalğa Arena»
Hakimlər: Ağayev Əliyar, Hüseynov Namiq, Məmmədov Rza, Məmmədov Mahir
Azərbaycan – Litva
Saat 19:30.«Dalğa Arena»
Hakimlər: Bəkirov Namiq, Əsədov Ramiz, Quliyev Ruslan, Hüseynov Elgün
