1 iyun 2012 19:12
Azərbaycanın rəqibi Bakıya yeni sponsorla gəlir
Futbol üzrə İsrail yığma komandası özünə yeni sponsor tapıb. Azerisport.az xəbər verir ki, Türkiyənin məşhur "Elite Turkish Coffee" (Elit Türkiyə Qəhvəsi) markası bu ölkənin əsas komandasının sponsoru olub.
Beləcə, bundan sonra İsrail milli komandasının oynayacağı futbol meydanlarında sözügedən şirkətin də reklamları nümayiş etdiriləcək. Qeyd edək ki, "Elite Turkish Coffee"dən öncə İsrail yığmasının baş sponsoru AİG sığorta şirkəti idi ki, bu marka bir müddət öncə həmin sponsorluqdan imtina etmişdiş
Qeyd edə ki, İsrail DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridi. Komandamız seçmə mərhələdəki ilk oyununu məhz bu komandaya qarşı keçirəcək. İsrail sentyabrın 7-də Bakıda millimizin qonağı olacaq, ayın 11-də isə evdə Rusiyanı qəbul edəcək.
