1 iyun 2012 19:35
“Berti Foqtsun qarşısına məqsəd qoyulub”
AFFA prezidenti Rövnəq Abdullayev bu gün Gürcüstan Futbol Federasiyasının rəhbərliyi ilə AÇ-2020-nin təşkilatçılığı ilə bağlı görüşdən sonra azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib:
- Bildiyiniz kimi, artıq Azərbaycan və Gürcüstan AÇ-2020-ni keçirməklə bağlı UEFA-ya müraciət edib. Bu məqsədlə iyunun 30-da ümumi proqram yaradılacaq. Elə həmin gün biz bu proqramı UEFA-ya təqdim edəcəyik. Bu, böyük hadisədi. Biz bütün gücümüzü bu məsələyə yönəltmişik. Əlimizdən gələni edəcəyik ki, bu turniri ölkələrimizdə keçirməyə nail olaq. Çünki bu turnir təkcə Azərbaycan və Gürcüstan üçün yox, bütövlükdə region üçün ən böyük hadisə ola bilər.

- İşçi qrup nə vaxt yaradılacaq?
- Burda heç bir problem yoxdu. Artıq gələn həftəyə işçi qrupun hazır olacağını düşünürəm. Onsuz da biz tez-tez belə görüşlər keçirəcəyik.

- UEFA-nın tələbinə görə, təşkilatçı ölkələr 9 stadiona malik olmalıdılar. Bu stadion bölgüsü baxımından Azərbaycan və Gürcüstan arasında fikir ayrılığı olmayacaq ki?
- Bu, problem deyil. İndi əsas odu ki, elə yüksək səviyyəli, tələblərə cavab verən arenalar olsun. Bizim hələ həll olunması çoxlu işlərimiz var. Açılış və ya final oyunlarının harda keçiriləcəyinə dair məqamlar isə sonranın işidi.

- Azərbaycan yığmasından DÇ-2014-ün seçmə mərhələsində nə gözləyirsiz?
- Çox şey. Amma əvvəllər də qeyd etdiyim kimi, bizim əsas hədəfimiz AÇ-2016-da çıxış etməkdi. Berti Foqtsun qarşısına məqsəd qoyulub ki, U-21-dən gənc və perspektivli futbolçuları əsas yığmamıza cəlb etsin. Yaponiya ilə yoxlama oyununda komandanın orta yaş həddi 23 idi. Amma bu da bizim üçün çoxdu. Biz artıq indidən 17-19 yaşlı futbolçulara üstünlük verməyə başlamışıq ki, yaxın gələcəkdə onlar əsas milliyə kömək edə biləcək səviyyəyə çatsınlar. U-17-nin hazırda Bakıda təşkil olunan beynəlxalq turnirdə uğurlu çıxış etməsi bizi sevindirməyə bilməz. Ümid edirəm ki, Azərbaycan yığmasının qarşısına qoyulan hədəflər reallaşacaq.

- Klublarımızın avrokubokların yeni mövsümündəki şansları barədə nə deyərdiz?
- Klublarımızın artıq avrokubokların qrup mərhələsində çıxış etmək vaxtıdı. Düzdü, klublarda az iş aparılmır. Lakin daha böyük uğurlar görmək istərdik. Ümid edirəm ki, bu mövsüm bütün klublarımız yaxşı nəticələri ilə bizi sevindirəcəklər. Lakin burda püşkatmadan da çox şey asılıdı. Çox ümid edirəm ki, Avropa Liqasının, eləcə də Çempionlar Liqasının püşkatması zamanı klublarımıza güclü rəqiblər düşməyəcək. Mən klublarımıza inanıram.