1 iyun 2012 19:51
Yığmamız Belarus üzərində qələbəyə sevindi
Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb.
Oyun 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qolları Vitali Borisov və Nahid Mehrəliyev vurub.
