1 iyun 2012 11:09
Ceyhun Sultanov rəsmən Sumqayıtda!
“Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Aftandil Hacıyev, Emin Cəfərquliyev və Sabir Allahquliyevin ardından başa çatan mövsümü “Kəpəz”də keçirmiş Ceyhun Sultanov da bu klubla 1 illik müqavilə imzalayıb.
32 yaşlı futbolçu “Sumqayıt”da 10 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ceyhun Sultanov ötən mövsüm “Kəpəz”in heyətində Premyer Liqada 24 qarşılaşmada 5 qola imza atıb. O, həmçinin 14 dəfə A milli komandamızın formasını geyinib və rəqib qapılarından 1 top keçirib.
