1 iyun 2012 11:26
“Bunun məntiqi nəticəsi kimi böyükhesablı qələbə qazandıq”
Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov Bakıda keçirilən II Caspian Cup beynəlxalq turnirinin ikinci turu çərçivəsində baş tutan Qazaxıstan matçından sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı 4:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Birinci hissədə oyunumuz istədyimiz kimi alınmırdı. Çünki Qazaxıstan yığması güclü müqavimət göstərirdi. İkinci hissədə daha yaxşı oynadıq və bunun məntiqi nəticəsi kimi böyükhesablı qələbə qazandıq”.
