1 iyun 2012 11:47
“Belə oyunla Azərbaycan heç 2028-ci ildə də Avropa çempionatına gedə bilməyəcək”
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyev azerisport.az saytına müsahibəsində millimizin Andorra ilə oyunundan danışıb, eləcə də mövcud problemlərə münasibətini açıqlayıb.
- Yığmamızın Andorra ilə oyununun nəticəsini (0:0) necə xarakterizə edərdiniz?
- Mən sadəcə, şokdayam. Söz tapa bilmirəm ki, hisslərimi ifadə edə bilim. Yaponiyaya məğlubiyyəti yenə başa düşmək olardı. Amma çempionatı da olmayan bir ölkənin yığmasıyla heç-heçə...Normal klubları da yoxdu. Heç onlarda bizdə olan şərait də yoxdu. Bir-iki futbolçusu xaricdə oynayır. Heç-heçə Andorra üçün qələbəyə bərabər nəticədi. Mən futbolçularımızın necə oynadığını bilmirəm. İndi Andorra futbolçuları da bəyan edə bilərlər ki, futbol oynamağı bacarırlar. Çox təəssüflənirəm ki, belə nəticə qazandıq. Buna görə Berti Foqtsdan hesabat tələb etmək lazımdı. Nə qədər onun boş-boş açıqlamalarını eşitməliyik? İndi deyir hədəf AÇ-2016-dı, daha sonra AÇ-2020-dən dəm vuracaq.

- Beş il öncə biz onları 2:1 hesabıyla məğlub etmişdik...
- Bəli. İndi isə heç-heçə edirik. Belə çıxır ki, inkişaf yoxdu. Futbolçularımız normal oyun sərgiləyə bilmirlər.
- Siz nə təklif edirsiz?
- Biz bundan sonra da Berti Foqtsu dinləsək, onda belə oyunlar hələ çox olacaq. O, bu nəticələrin səbəbini izah etməlidi. Mətbuat, veteranlar izahat tələb etməlidilər. Foqts deyir ki, yaxşı oynamışıq. Amma nəticə yoxdu. Andorranı da məğlub edə bilməyən legionerlər bizim nəyimizə lazımdı? Mən Gökdəmirlə Özkaranın oyununu görmüşəm. Onlar yığmamızı gücləndirə biləcək futbolçular deyil. Əvvəllər yığmamızın heyəti braziliyalılarla dolu idi. İndi də dörd türk futbolçu var. Amma onların heç biri millinin gücünə güc qatmayıb.

- Sizcə, onlar bizə lazım deyil?
- Səviyyəsinə görə yalnız Özkara fərqlənir. O da bir az. Lakin Andorra ilə oyunun nəticəsi bütün komandanın günahıdı.

- Yığmamızın AÇ-2016-ya vəsiqə qazanacağına inanırsız?
- Mənim fikrimcə, bu, sadəcə sözdü. Guya Foqts özü buna inanır ki? Ona vaxt öldürmək üçün səbəb lazımdı. Belə oyunla Azərbaycan heç 2028-ci ildə də Avropa çempionatına gedə bilməyəcək. Belə yüksək səviyyəli turnirdə iştirak etmək üçün yeganə şansımız onun təşkilatçısı olmaqdı.

- Seçmə mərhələnin startına 3 ay qalıb. Sizcə, bu müddət ərzində nəyisə dəyişmək olar?
- Yığmamızda oyunu öz üzərinə götürə bilən hücumçu yoxdu. Adətən belə olan hallarda yarımmüdafiəçilər oyuna qoşulurlar. Lakin son oyunlarımız göstərir ki, yığmada anlaşma səviyyəsi də çox aşağıdı.

- Bəs çıxış yolunu nədə görürsüz?
- Foqts mətbuat konfransı keçirməli, komandanın problemlərini açıqlamalıdı. Mənə elə gəlir ki, o, sadəcə yığmanın sükanı arxasında qalmaq istəyir. Onda qoy birdəfəlik etiraf etsin ki, ömürlük burda çalışmaq istəyir. AFFA da, biz də onun bu istəyini başa düşərik. Amma Foqtsun rəhbərliyi altında yığmamız Avropa çempionatına düşməyəcək.