1 iyun 2012 11:53
“Azərbaycan yığması bu səhvlərdən yararlanmağın yolunu tapdı”
Qazaxıstan U-17 yığmasının baş məşqçisi Pavel Travnik Bakıda təşkil olunan II Caspian Cup beynəlxalq turnirinin ikinci turu çərçivəsində keçirilən Azərbaycanla matçdan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə nümayiş etdirdiyimiz oyundan razı qaldım. Lakin fasilədən sonra səhvlərə yol verməyə başladıq. Rəqib də bu səhvlərdən yararlanmağın yolunu tapdı”.
