1 iyun 2012 21:45
Qəbələ Villareala, Qarabağ Feyenoorda rəqib oldu (YENİLƏNİB)
I Qəbələ Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə növbəti oyunlar keçirilib.
Qeyd edək ki, iyunun 4-dək davam edəcək yeniyetmə futbolçular arasındakı bu mötəbər yarışa 8 klub qatılıb və 2 qrupda mübarizə aparırlar. Azərbaycanı turnirdə “Qəbələ”, eləcə də “Qarabağ” təmsil edir.
"Qarabağ" son oyununda da məğlub olaraq, qrupunda axırıncı olub. Ağdam təmsilçisi kimi “Qəbələ” də qrup mərhələsini məğlubiyyətlə bitirib. Nəticədə, turnirin təşkilatçısı da qrup sonuncusu olub.
Qəbələ kuboku
1 iyun (cümə)
A qrupu
Qəbələ – Villareal - 0:2
Hakimlər: Kahriç Venera, Mustafayeva Ülviyyə, Nəbiyeva Maya, Nəbiyeva Tamila.
Brondbü – Galatasaray - 1:1
Hakimlər: Kahriç Venera, Mustafayeva Ülviyyə, Nəbiyeva Maya, Nəbiyeva Tamila.
Turnir cədvəlində son durum: Galatasaray - 5, Villareal , Bröndbü- 4, Qəbələ - 3.
B qrupu
Qarabağ – Serbiya NT - 0:6
Hakimlər: Qurbanova Səbayel, Larionova Yuliya, Güvəndiyeva Gülyana, Lütfəliyeva Fəridə.
Levante – Feyenord - 3:0
Hakimlər: Qurbanova Səbayel, Larionova Yuliya, Güvəndiyeva Gülyana, Lütfəliyeva Fəridə
Turnir cədvəlində son durum: Serbiya - 9, Levante - 6, Feyenoord - 3, Qarabağ - 0.
Beləliklə, A qrupunun sonuncusu “Qəbələ” pley-off mərhələsində B qrupunun üçüncüsü “Feyenoord”a rəqib olub. “Qarabağ” isə müvafiq olaraq “Villareal”la qarşılaşıb. Ağdam klubu bu görüşdə də məğlubiyyətlə üzləşib. "Qəbələ" isə hollandları penaltilərlə məğlub etməyi bacarıb.
Villareal - Qarabağ - 2:0
Serbiya - Bröndbü - 1:0
Feyenoord - Qəbələ - 2:2 (penaltilərlə - 4:5)
Galatasaray – Levante - 1:0
Beləliklə, turnirin qalibi adı uğrunda keçiriləcək final oyununda "Galatasaray"la Serbiya yığması üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə "Bröndbü" və "Levante" qarşılaşacaq. "Qəbələ" 5-ci yer uğrunda oyunda "Villareal"la üzləşəcək. "Qarabağ" isə "Feyenoord"la 7-ci yer uğrunda mübarizə aparacaq.
