1 iyun 2012 12:31
Gürcüstan və Azərbaycan AÇ-2020 ilə bağlı ilk mühüm addımını atır
Bu gün Batumidəki “Radisson” otelində Azərbaycan və Gürcüstanın ali futbol qurumlarının rəhbərləri arasında görüş baş tutacaq. Azerisport.az xəbər verir ki, görüşdə AFFA prezidenti Rövnəq Abdullayevlə yanaşı Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava da iştirak edəcək.
Prezidentlər iki ölkənin AÇ-2020-ni birgə keçirməklə bağlı gələcək planlarını müzakirə edəcəklər, bir sıra qərarlar qəbul edəcəklər. Daha sonra isə prezidentləri birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, artıq Gürcüstan və Azərbaycan AÇ-2020-nin birgə ev sahibliyinə dair ərizəni UEFA-ya təqdim edib. Bir ay ərzində AÇ-yə hazırlıq üzrə bütün məsələləri həll edəcək Gürcüstan-Azərbaycan birgə komissiyası da yaradılacaq.
