1 iyun 2012 00:34
Rəşad Abdullayev: Qəbələnin təklifi Neftçidəkindən də yaxşıdı (VİDEO)
Şəhriyar Xəlilovu rənglərinə bağlamaqla ilk transferini reallaşdıran “Qəbələ” ötən gün daha bir futbolçu ilə heyətini gücləndirdi. Azerisport.az xəbər verir ki, bölgə klubu “Xəzər Lənkəran”, “Neftçi” kimi komandaların heyətində uğurlu çıxışı ilə yadda qalan Rəşad Abdullayevlə birillik müqavilə bağladı.
I Qəbələ Kubokunun açılış mərasimində ictimaiyyətə təqdim olunan Abdullayevə klubun vitse-prezidenti Fariz Nəcəfov tərəfindən “Qəbələ”nin 27 nömrəli forması təqdim edildi. Mərasimdən sonra futbolçunun iştirakı ilə kütləvi informasiya vasitələri üçün brifinq təşkil olundu.
31 yaşlı yarımmüdafiəçinin açıqlamaları ilə sizi də tanış edirik:
