2 iyun 2012 12:57
İnter Türkiyədə ilk məşqinə çıxdı
Azərbaycan Premyer Liqasının son mövsümünü bürünc medallarla bitirən, yeni mövsümdə ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, “bankirlər” artıq Türkiyədədi.
Paytaxt klubu Avropa Liqasına hazırlıq çərçivəsində İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində məskunlaşıb. Komanda təlim-məşq toplanışını məhz burda həyata keçirəcək. "Green Park" otelində məskunlaşan “İnter”li futboçular artıq səhər saatlarında ilk məşqə də çıxıblar.
