2 iyun 2012 00:54

Azərbaycanda keçiriləcək DÇ-nin püşkatmasına dünya ulduzları təşrif buyuracaq

Məlum olduğu kimi, iyulun 6-da Bakıda 17 yaşadək qızlardan ibarət yığmalar arasında 2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən püşkatma mərasiminə dünya futbolunun bir sıra ulduzlarının da təşrif buyurması gözlənilir.
 
Lakin hələlik onların adları sirr olaraq saxlanılır. Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi püşkatma mərasimi 6 iyul 2012-ci il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. Mərasimdə FIFA U-17 qadınlararası dünya çempionatının FIFA təşkilat komitəsinin sədri Hany Abo Rida və AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edəcək.
 
Çempionatda iştirak edəcək 16 komandadan 14-ü artıq bəllidir: Azərbaycan (ev sahibliyi edəcək ölkə olaraq iştirak avtomatik seçilib); Çin, Yaponiya və Koreya (AFC); Qambia, Qana və Nigeriya (CAF); Kanada, Meksika və ABŞ (CONCACAF); Braziliya, Kolumbiya və Uruqvay (CONMEBOL); və Yeni Zellandiya (OFC). Digər iki yığma komanda isə 26 və 29 iyun tarixləri arasında UEFA-da keçirilən oyunların nəticəsində bilinəcək.
 
Püşkatma mərasimindən öncə saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində mətbuat konfransı təşkil olunacaq. Mətbuat konfransı ərzində YTK və FIFA nümayəndələri çempionatın gedişatı və hazırlıqlarla bağlı açıqlama verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.