2 iyun 2012 01:18
Vladimir Levin: Hazırda İnterin futbolçusu deyiləm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levin hələ də gələcək taleyinə aydınlıq gətirməyib. Azerisport.az xəbər verir ki, mövsüm başa çatan kimi “İnter”lə müqaviləsinin müddəti başa çatan təcrübəli arxa xətt oyunçusu yenə bu komandada qalmaq istəyir.
Hər halda onun komandadan gedəcəyinə dair çoxsaylı xəbərlər dolaşsa da, Levin saytımıza müsahibəsində fərqli açıqlama verib: “İnter”dən heç yerə getməyə hazırlaşmıram. Düzdü, mövsümün sonundan etibarən “bankirlər”lə müqaviləmin müddəti başa çatıb. Hazırda “İnter”in futbolçusu deyiləm. Amma Bakıya qayıdan kimi klubla yeni müqavilə imzalayacağam”.
