2 iyun 2012 13:26
Neftçi daha bir futbolçusunu transferə çıxardı
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu dəfə də qapıçısını transferə çıxarıb.
Belə ki, məşqçilər korpusunun qərarına əsasən qapıçı Elçin Sadıqov transferə çıxarılıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Xatırladaq ki, buna qədər məşqçilər korpusu Denis Silva Kruz, Alessandro Viana da Silva, Slavço Georgiyevski, Rəşad Abdullayev, Fərid Quliyev və Cavid Hüseynovla yolların ayrılmasına qərar vermişdi.
