2 iyun 2012 13:41
Ruslan Abışov yenə Neftçidə qalacaq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun gələcək karyerasını harda davam etdirəcəyi hələ də sual altındadı. Azerisport.az xəbər verir ki, “Neftçi” ilə müqaviləsinin müddəti başa çatan futbolçunun Polşa, Almaniya və Türkiyə klublarının maraq dairəsində olduğu haqda söhbətlər dolaşır.
Lakin əldə etdiyimiz son məlumatlara görə, Abışov yenə “Neftçi”də qalmağa hazırlaşır. Belə ki, tərəflər yeni iki illik müqavilə bağlamağa hazırlaşırlar. Sadəcə, Abışov müqavilədə belə bir şərt qoyub ki, xarici klublardan daha sərfəli təklif alacağı halda, “ağ-qaralar” onun gedişinə problem yaratmamalıdılar.
