2 iyun 2012 20:57
Yığmamız pley-offa qrup lideri kimi çıxdı (YENİLƏNİB)
AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən ikinci “Caspian Cup” beynəlxalq turniri davam edir. Azerisport.az xəbər verir ki, bu turnirdə Azərbaycan yığması ilə yanaşı Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın müvafiq yığma komandası iştirak edir.
Bu gün turnirdə qrup mərhələsinə yekun vurulub. Litva, Qazaxıstan, Qırğızıstan və Azərbaycan milliləri eyni qrupda yer alırdılar. Bu qrupda son oyun günündə yığmamız Litva ilə qarşılaşıb və heç-heçə sayəsində pley-offa lider kimi yüksəlib. Qırğızıstan isə Qazaxıstanla üz-üzə gəlib. Bu göüşdə qazaxlar 10 cavabsız qolla qələbə qazanaraq, qrup ikinciliyini ələ keçiriblər.
Yaponiya, Gürcüstan, Özbəkistan və Türkiyə yığmaları isə digər yarımqrupda mübarizə aparırdıdılar. Türkiyə son görüşünü Yaponiyaya qarşı keçirib. İlk iki oyunda məğlub olan yaponlar nəhayət bu oyunda qalib gəlməyi bacarıblar. Əvvəlki oyunlarında qələbə qazanan Özbəkistan isə Gürcüstana məğlub olub.
Qeyd edək ki, turnirin oyunlarında stadiona giriş pulsuzdu. Pley-off oyunları iyunun 4-də keçiriləcək.
Caspian Cup
2 iyun
Qazaxıstan – Qırğızıstan - 10:0
Bakı. AZAL Arena.
Gürcüstan – Özbəkistan - 2:1
Bakı. Dalğa Arena.
Yaponiya – Türkiyə - 2:1
Bakı. Dalğa Arena.
Azərbaycan – Litva - 0:0
Bakı. Dalğa Arena.
|
Azərbaycan
|
3
|
2
|
1
|
0
|
9-1
|
7
|
|
Qazaxıstan
|
3
|
2
|
0
|
1
|
12-5
|
6
|
|
Litva
|
3
|
1
|
1
|
1
|
4-4
|
4
|
|
Qırğızıstan
|
3
|
0
|
0
|
3
|
2-18
|
0
|
|
Özbəkistan
|
3
|
2
|
0
|
1
|
5-3
|
6
|
|
Gürcüstan
|
3
|
2
|
0
|
1
|
10-7
|
6
|
|
Türkiyə
|
3
|
1
|
0
|
2
|
5-6
|
3
|
|
Yaponiya
|
3
|
1
|
0
|
2
|
5-9
|
3
|
