2 iyun 2012 18:35
Millimiz Ukraynaya penaltilərlə məğlub oldu
Kiyev şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz Ukrayna yığması ilə qarşılaşıb.
Oyun 4:4 hesabı ilə başa çatıb. Oyunsonrası penalti zərbələrini isə ukraynalı futbolçular daha dəqiq yerinə yetirərək ümumi nəticədə 5:4 hesabı ilə qalib gəliblər.
Millimizin heyətində Vitali Borisov dubl edib. Hərəyə bir dəfə isə Zeynal Zeynalov və Əbdül Əliyev fərqlənib.
