2 iyun 2012 19:57
İnter Türkiyədə ilk məşqə çıxdı (FOTOREPORTAJ)
Xəbər verdiyimiz kimi, İzmit yaxınlığındakı Kartepe qəsəbəsinin "Green Park" otelində məskunlaşan "İnter" bu səhər ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, ilk məşq topsuz keçib. Əsas diqqət qaçışa və isinmə hərəkətlərinə yönəldilib. "İnter"in Türkiyədə gündə iki dəfə məşq etməsi planlaşdırılır.
