2 iyun 2012 20:08
Lazionun yeni baş məşqçisi açıqlandı
İtaliyanın “Lazio” klubu yeni baş məşqçisinə qovuşub. Azerisport.az xəbər verir ki, son mövsüm başa çatan kimi Edi Reya ilə yollarını ayıran paytaxt təmsilçisi Vladimir Petkoviçlə anlaşıb.
Paytaxt təmsilçisi artıq bu barədə məlumatı rəsmi saytı vasitəsilə də açıqlayıb. Qeyd edək ki, bu, bosniyalı mütəxəssisin İtaliyadakı ilk məşqçilik fəaliyyətidi.
Onun son klubu isə Türkiyənin “Samsunspor” klubu olmuşdu. Petkoviç karyerası ərzində “Bellinzona”, “Malcantone Agno”, “Lugano”, “Young Boys” və “Sion” kimi klubları da çalışdırıb.
