2 iyun 2012 20:29
Bakı baş məşqçi problemini yoluna qoydu
"Bakı" futbol klubunda baş məşqçi təyinatı gerçəkləşib. Azerisport.az xəbər verir ki, klub prezidenti Hafiz Məmmədov bu barədə müvafiq əmr imzalayıb.
Baş məşqçi əvəzi Novruz Əzimov rəsmən bu postda təsdiqlənib. Bu gündən etibarən Novruz Əzimov "Bakı" futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.
Novruz Əzimov bu gün rellaşan təyinatına münasibət bildirib: "Bakı" kimi klubda belə bir vəzifəyə təyin olunmağım mənim üçün tarixi hadisədi. Dərk edirəm ki, mənə klub rəhbərliyi tərəfindən böyük etimad göstərilib. Buna görə klubumuzun prezidenti Hafiz Məmmədova təşəkkür edirəm.
"Bakı" böyük klubdur, bunu nəticələrimizlə sübut etməliyik. Bu gündən ikiqat qüvvə ilə əlimdən gələni əsirgəməyəcəm ki, "Bakı" hər zaman layiq olduğu mövqelərə yüksəlsin. Əminəm ki, futbolçular, klub personalı və rəhbərliklə birgə qarşıda duran vəzifələrin həllinə nail ola biləcəyik".
