2 iyun 2012 20:14
Neftçi toplanışa legionerlərsiz başlayacaq
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının hazırlıqlarına legionerlərsiz başlayacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu iyunun 5-də bir araya gələcək.
Komandanın paytaxtda baş tutacaq hazırlıq prosesinin ilkin mərhələsində məhz yerli futbolçular iştirak edəcəklər. Bir həftə sonra komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. “Ağ-qaralar”ın legioner futbolçuları da məhz həmin vaxt sıraya qoşulacaqlar.
