2 iyun 2012 20:37
Premyer Liqa klubunda yeni baş məşqçi
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Aston Villa”nın yeni baş məşçqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Pol Lambert çalışdıracaq.
Qeyd edək ki, bu komanda son mövsümü 16-cı sırada başa vurmuşdu. Ümumiyyətlə, son iki ildə 3 baş məşqçi dəyişikliyinə əl atan klub rəhbərliyi yeni mövsüm öncəsi də “təzə qan” axtarışına çıxmışdı. Klub rəhbərliyinin yeni tapıntısı məhz Lamert olub.
Bu mütəxəssis son olacaq “Norwich City”də çalışıb. 42 yaşlı şotland baş məşqçi “Norwich City” klubunu Premyer Liqaya çıxardıqdan sonra bu komanda ilə 12-ci yeri tutmuşdu. O, karyerası boyunca “Livingston”, “Wycombe” və “Colchester” klublarını da çalışdırıb. “Aston Villa” Lambertə görə “Norwich City” klubuna 1 milyon sterlinq məbləğində təzminat da ödəməlidi.
