2 iyun 2012 00:07
Lippert: Hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveç – Azərbaycan (1:0) oyunundan yığmamızın baş məşqçisi Bernard Lippert matçla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Norveç yığması layiqli qələbə qazandı. Çoxlu top itirdik. Hücumda lazımi təzyiq göstərə bilmədik. Əsas problem nominal hücumçumuzun olmaması ilə bağlı idi. Komanda ümumilikdə zəif ola bilər, amma hücumçusuz heç bir uğur qazanmaq mümkün deyil”.