2 iyun 2012 11:25
Bakı Avropa Liqasına hazırlıq planlarını açıqladı
Cari mövsümü Azərbaycan Kubokunu qazanmaqla yüksək notlarla başa vuran “Bakı” gələn həftədən etibarən bir araya gələcək. Azerisport.az xəbər verir ki, toplanış 5 iyun 2012-ci il tarixinə elan olunub.
Həmin gündən komanda UEFA Avropa Liqası və növbəti ölkə çempionatının hazırlıqlarına start verəcək. İliin mərhələdə 1 həftə ərzində paytaxda məşqlər keçəcək "Bakı" Qəbələyə yollanacaq və 16 iyun tarixinə qədər burada məşq edəcək.
Hazırlığın ikinci mərhələsi ənənəyə uyğun olaraq Sloveniyada baş tutacaq. Komanda 18-29 iyun günlərində məşq etməklə bərabər 3 yoldaşlıq oyunu keçirəcək.
Üçüncü mərhələ UEFA Avropa Liqası püşkünün nəticəsinə görə təyin olunacaq. Bu zaman rəqibin kimliyi və ilk oyunun hansı meydanda keçiriləcəyi həlledici amil kimi qəbul olunacaq.
