2 iyun 2012 12:35

Vaqif Cavadov: Klubuna görə yığmaya futbolçu çağırmaq olmaz

“Qarabağ”ın hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində futbol üzrə Azərbaycan millisindən kənarda qalmasından, eləcə də yığmamızın Yaponiya və Andorra ilə oyunlarından danışıb.
 
- Yığmamızın Yaponiya və Andorra ilə oyunlarını necə qiymətləndirərdiz?
- Mən ancaq yaponlarla oyun barədə nəsə danışa bilərəm. Çünki həmin görüşdən fərqli olaraq, Andorra ilə qarşılaşmanın bəzi fraqmentlərini görə bilmişəm. Yaponiya çox güclü rəqibdi. Amma biz onlara qarşı daha yaxşı oynaya bilərdik. Mənə elə gəlir ki, komanda ora 40 saatlıq yol ərzində əldən düşmüşdü. Əks halda biz onlara qarşı fərqli oyun nümayiş etdirərdik. Mövsümün sonudu, futbolçuların əksəri yorğundu. Üstəlik, Kaqava, eləcə də onun əksər komanda yoldaşlarının səviyyəsi barədə siz də hər şeyi gözəl bilirsiz.
 
- Bəs Andorra ilə heç-heçə?
- Komandada nə baş verdiyini bilmirəm. Əminəm ki, komanda həmin oyunda qələbə qazanmağı çox istəyirdi. Sadəcə, bəxtimiz gətirməyib. Digər tərəfdən bu oyunlarda Rəşad Sadıqov, Əfran İsmayılov kimi aparıcı futbolçuların yoxluğu da öz sözünü dedi. Mətbuatın yığma komandanı bu dərəcədə tənqid etməsi məndə narahatlıq doğurur. Yaxşı olardı ki, rəsmi oyunları gözləyək. Unutmayın ki, bunlar sıradan yoldaşlıq oyunlarıdı.
 
- Yəni başa düşüb, bağışlamaq lazımdı?
- Əslində bu oyunlarda məni daha çox heyət təəccübləndirdi. Yaponiyaya qarşı Türkiyədən üç futbolçunu oynatdı. Mən bütün futbolçulara hörmətlə yanaşıram və türk xalqına yaxınlığımızı başa düşürəm. Amma guya onlar bizimkilərdən güclüdülər? Azərbaycanda çoxlu futbolçu var ki, onların heç birindən zəif deyillər. Yığmaya ancaq klubunun adına görə futbolçu çağırmaq olmaz. Şəxsən onların səviyyəsi məndə çoxlu suallar yaradır.
 
- Berti Foqts bəyan edib ki, Azərbaycan AÇ-2016-ya vəsiqə qazana bilər. Sizcə, bu, realdı?
- Mən bir ay sonra nə olacağını bilmirəm. Bu qədər uzun müddət sonra üçün necə proqnoz verə bilərəm? Növbəti ildə yığmanın hansı vəziyyətdə olacağını indidən demək olmaz. O üzdən də sizə konkret bir cavab verə bilmərəm.
 
- “Qarabağ”ın son mövsümdəki nəticəsi sizi qane etdi?
- Avrokuboklara vəsiqə qazana bilməməyimiz bütün komandaya pis təsir etdi. Son ana kimi inanırdıq ki, avrokuboklara vəsiqə qazanacağıq. Amma bəxtimiz gətirmədi. Çoxlu səhvlərə, xal itkilərinə yol verirdik. Növbəti mövsümdə ancaq çempionluğa oynayacağıq.
 
- “Qarabağ”ın son illərdə avrokuboklarda qazandığı uğurları bu il hansı klubumuzdan gözləyirsiz?
- Keçmişi unutmaq lazımdı. Mənə elə gəlir ki, bütün təmsilçilərimiz mümkün qədər irəli getməyə hazırdırlar. O vaxt bizə “Rosenborg” rəqib olanda, heç kim inanmırdı ki, mərhələ adlaya bilərik. Mənə elə gəlir ki, bu il də hansısa klubumuz “Rosenborg”a rəqib olsa, onu keçəcək. Fikrimcə, “Neftçi”yə güclənmək lazımdı. Çünki Çempionlar Liqası daha ciddi turnirdi. “İnter” və “Bakı”nın da yeni transferlərə ehtiyacı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.