2 iyun 2012 00:45

Elxan Məmmədov: Vaqif Cavadov Azərbaycan futbolu üçün yox, özü üçün oynayır

AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına müsahibəsində AÇ-2020-yə ev sahibliyi etmək şanslarımızdan, eləcə də yığmamızın Yaponiya və Andorra ilə oyunlarından danışıb.
 
- AFFA və Gürcüstan Futbol Federasiyası arasındakı ilk rəsmi görüş necə keçdi?
- İlk görüşümüz məhsuldar alındı. Tərəflər AÇ-2020-ni keçirməklə bağlı ciddi razılığa gəldilər. Bu, sadəcə ilk görüş idi. Tezliklə ümumi konsepsiyanın hazırlanmasına start veriləcək. Biz qısa zamanda matçların keçiriləcəyi şəhərləri müəyyənləşdirməliyik. Bunun üçün siyasi, sosial, geoqrafik, demoqrafik analizlər aparılmalıdı. Son qərarı isə AFFA və GFF verəcək.
 
- Sifariş ərizəsində əsas diqqət nəyə yönəldiləcək?
- Bunun üçün çoxlu işləmək lazımdı. Nəyə daha çox üstünlük verilməsi lazım olduğuna yalnız konsepsiya hazır olduqdan sonra qərar vermək olar. Bizim üçün ən yaxşı nümunə qarşıdan gələn 17 yaşadək qızlardan ibarət yığmalar arasında keçiriləcək dünya çempionatı olacaq. Hansı ki, bu turniri də məhz Azərbaycan keçirəcək. İkinci nümunə isə 17 yaşadək futbolçular arasında ölkəmizdə keçiriləcək AÇ-2016 olacaq. UEFA yeni regionlara getməkdən çəkinmir.
 
- Artıq indidən proqnozlaşdırmaq olar ki, Azərbaycanın seçimi Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri olacaq?
- İndidən şəhər adı çəkmək istəmirəm. Əlbəttə, ilk növbədə həmin şəhərlərdə beynəlxalq aeroportun olması, eləcə də digər mühüm amillərə diqqət yetiriləcək. Unutmayın ki, infrastruktur yalnız stadionla məhdudlaşmır. Biz iştirakçı komandaları bazalarla da təmin etməliyik. Məsələn, ölkəmizdə keçiriləcək DÇ-2012 zamanı 6 arenaya və 17 məşq meydançasına malik olmalıyıq.
 
- Yığma komandamızın Yaponiya və Andorra ilə yoldaşlıq oyunları barədə nə deyərdiniz?
- İlk növbədə onu deməliyəm ki, komandamız ev oyunlarında inamlı təsir bağışlasa da, səfər oyunlarında bunu görə bilmirik. Buna görə də yoxlama matçlarını səfərdə keçirməyə üstünlük veririk. Mən şadam ki, Yaponiya ilə səfər oyunumuzu 35 mindən çox azarkeş izləyirdi. Hətta FİFA-nın konqresinə görə ora gedə bilmədiyimə görə təəssüf hiss keçirirəm. Nəticənin uğursuz olması da təəssüfləndiricidi. Lakin unutmaq olmaz ki, Yaponiya yığması Asiyanın ən güclülərindən biri idi. Andorra ilə görüşdə isə ancaq müsbət nəticə gözləyirdik. Lakin həmin gün fortuna yığmamızın tərəfində deyildi. Bəzən 90 dəqiqə ərzində cəmi 1 qol epizodu yaradıb, ondan yararlana bilirsən. Lakin bunun tam əksi də olur. Yəni futbolda hər şey mümkündü. İstənilən halda bu iki oyun yığmamızın gənc futbolçuları üçün böyük təcrübə oldu. Bu oyunlarda buraxılan səhvlərdən düzgün nəticə çıxarmaq lazımdı.
 
- Futbol ictimaiyyəti Andorra ilə görüşün nəticəsini birmənalı qəbul etmədi. Buna görə hansısa qərar çıxaracaqsız?
- Hər oyundan sonra Berti Foqts şifahi və yazılı şəkildə hesabat verir. Bu, müzakirə olunur. Bu oyunlarla da bağlı baş məşqçiylə müzakirələrimiz olub.
 
- Son dövrlər Vaqif Cavadov yaxşı forma yığıb. Onun yığmadakı aqibəti necə olacaq?
- Vaqif Cavadov Azərbaycan futbolu üçün yox, özü üçün oynayır. O, işinə peşəkar səviyyədə yanaşmalıdı. Əgər o, yaxşı formada olacaqsa, məşqçi korpusu ona da diqqət yetirəcəklər. Diqqətdən kənarda qalmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.