3 iyun 2012 13:11
Bakı Boliviya yığmasının oyunçusunu alır (FOTO)
“Bakı” Boliviya yığmasının futbolçusunu heyətinə qatmağa yaxındı. Azerisport.az xəbər verir ki, paytaxt klubu Edemir Rodriqeslə danışıqlar aparır.
“Zolaqlılar” artıq 26 yaşlı futbolçuya rəsmi təklif göndərib. Transferin baş tutma ehtimalı böyükdü. Keçidin baş tutub-tutmayacağı yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, Edemir Rodriqes 1986-cı ildə Boliviyanın Santa Kruz de la Sierra şəhərində düınyaya gəlib. 2004-2010-cu illərdə “Real Potosi” klubunda (194 oyun, 10 qol) çıxış edən futbolçu 2011-ci ildə “Bolivar”a keçib (19 oyun, 2 qol). O, 2006-cı ildən sonra 12 dəfə Boliviya yığmasında forma geyinib və 1 qola imza atıb.
