3 iyun 2012 01:40
Yığmamızın rəqibləri üçün uğursuz gecə
Dünyanın yaşıl meydanlarında müxtəlif ölkə yığmaları yoldaşlıq oyunları keçirməyə davam edirlər. Azerisport.az ötən gecə baş tutan görüşlərin nəticələri ilə sizi də tanış edir.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan Portuqaliya Türkiyə yığması ilə qarşılaşıb. AÇ-2012-yə hazırlaşan millimizin rəqibi doğma meydanda çıxış etməsinə baxmayaraq, qardaş ölkə yığmasına məğlub olub.
Millimizin digər rəqibi Lüksemburq Malta ilə qarşılaşmada 2 cavabsız qolla uduzub. Daha bir rəqibimiz Şimali İrlandiya isə AÇ-yə hazırlaşan Hollandiyadan 6 cavabsız qol “yeyib”.
AÇ-2012-yə hazırlaşan digər yığmalardan Danimarka Avstraliyaya, İngiltərə Belçikaya qalib gəlib. Qitə çempionatına ev sahibliyi edəcək ölkələrdən biri – Polşa bir neçə gün öncə millimizin məğlub edə bilmədiyi Andorranı 4 cavabsız qolla yenib. Xorvatiya isə Norveçlə oyunda heç-heçə ilə kifayətlənib.
Yoldaşlıq oyunları
2 iyun
Puerto Riko – Nikaraqua – 3:1
Qvatemala - Kosta Rika – 1:0
Panama – Yamayka – 2:1
Danimarka – Avstraliya – 2:0
Lüksemburq – Malta – 0:2
Polşa – Andorra – 4:0
İngiltərə - Belçika – 1:0
Norveç – Xorvatiya – 1:1
Hollandiya – Şimali İrlandiya – 6:0
Portuqaliya – Türkiyə - 1:3
