3 iyun 2012 13:26
Cenifer Lopes: Sentyabrda Azərbaycanda görüşənədək (VİDEO)
Xəbər verdiyimiz kimi, tanınmış amerikalı müğənni Cenifer Lopes Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının açılış mərasimində iştirak edəcək. Azerisport.az xəbər verir ki, o, DÇ-nin startına bir neçə ay qalmış qalmış bununla bağlı müraciət də edib.
Cenifer Lopes Bakını salamlayaraq bunları söyləyib: “Bu, Cenifer Lopesdi. Çox tezliklə qızlar arasında dünya çempionatı start götürəcək. Salam, Bakı! Sentyabrda Azərbaycanda görüşənədək”.
Qeyd edək ki, Azərbaycanda baş tutacaq DÇ-2012 22 sentyabr-13 oktyabr aralığında keçiriləcək.
