3 iyun 2012 13:49

“Fatih Terim ən qısa müddətdə Qəbələyə gələcək”

Azerisport.az sizi “Qəbələ” futbol akademiyasının direktoru Ali Yavaşın müsahibəsi ilə tanış edir.
 
- “I Qəbələ Kuboku-2012” adlı beynəlxalq turnir keçirmək ideyası haradan yarandı?
- Bu sualın cavabı çox sadədir. Oyunçularımızın futbol biliklərini, futbol mədəniyyətlərini inkişaf etdirmələri üçün bir yarış keçirmək lazım idi. Çox gözəl yarış oldu. Belə güclü rəqiblərlə başabaş oynamaları və ümumiyyətlə, oyun keçirmələrinin özü bizim üçün çox önəmli dərsin bir hissəsidir.
 
- Turniri 15 yaşlılar arasında təşkil etməyinizdən belə anlamaq olarmı ki, bütün ümidlərinizi məhz hazırda bu yaş qrupunda olan komandaya bağlamısınız?
- Xeyr, ümidlərimiz təkcə U-15 komandasına bağlanmayıb. “Qəbələ” nəzdində 7 komanda fəaliyyət göstərir. Onların hamısına ümidlərimiz böyükdür. Bu, bir kollektivin işidir. Bizim işimiz futbolçu yetişdirmək və əsas komandaya verməkdir. U-15 isə bu komandalardan biridir. “Qəbələ” nəzdində U-16, U-17, U-14, U-12, U-11, hətta daha aşağı yaş komandamız mövcuddur. Onlara çox önəmli təhsil veririk. 3 illik qısa müddət ərzində çox önəmli irəliləyişə nail olmuşuq. Gözəl akademiya, baza qurmuşuq. Həmçinin, belə gözəl turnir təşkil etdik. Bütün bunlar Azərbaycan futbolu adına da çox önəmli qürur, şərəfdir.
 
- Turnirdə “Qəbələ” 8 komanda arasında 6-cı yeri tutdu. Sizcə, bu nəticə qanunauyğundur?
- Bizim üçün tutduğumuz yer önəmli deyil. Hədəfimizdə birinci olmaq yoxdur. Burada birinci də ola bilərdik, sonuncu da. Yenmişik, yenilmişik, 6-cı olmuşuq. Təbii ki, çempion olmaq önəmlidir. Bu, təhsilimizin bir nəticəsi, komandamızın sevinməsi baxımından gözəl bir şeydir. Amma əsas işimiz yaxşı oynamaq, yaxşı futbolçular hazırlamaqdır.
 
- Hər halda keçmiş komandanız “Qalatasaray” birinci yer uğrunda mübarizə aparacaq...
- “Qalatasaray” yaxşı komandadır. Amma finaldakı rəqibi Serbiya yığması da onunla bərabər səviyyədədir. Təbii ki, “Qəbələ”dən sonra “Qalatasaray”ın çempion olmasını mən də istərəm. Ürəkdən arzu edərdik ki, “Qəbələ” birinci olsun, uşaqlarımız sevinsin. Amma əsas məsələ sərgilənən oyun və toplanan təcrübədir.
 
- Bu yarışı izləməyə klubların əsas komandalarının baş məşqçilərini dəvət etmişdiniz? Xüsusən, vaxtilə birgə çalışdığınız Fatih Terimi...
- Terimi dəvət etmədim. Etsəydim, gələrdi. Sadəcə, hazırda “Qalatasaray” çox önəmli transfer fəaliyyətindədir. Terim hazırda klubdan ayrıla, hətta evinə belə gedə bilmir. Amma ən əlverişli, ən qısa zamanda bura gələcək və “Qəbələ” klubunu ziyarət edəcək. Zamanı bəlli deyil. Yeni mövsümün startınadək də gələ bilər, daha erkən də. Amma mütləq gələcək. Çünki bunu özü istəyir.
 
- Səfərdə məqsəd nədən ibarət olacaq?
- Sadəcə, “Qəbələ” futbol akademiyasını ziyarət edəcək.
 
- Akademiyanızda təhsil alan futbolçularla xarici klublardan maraqlanan var?
- 5-6 oyunçumuzu istəyirlər. Hamısı xarici klublardır. Öz akademiyalarına cəlb etmək istəyirlər. “Oyunçularınızı bizə verin, bizdə qalsınlar, bizdə davam etsinlər” deyirlər. Onlara verəcəyimiz cavab da məlumdur. Futbolçularımızı özümüz yetişdirəcəyik və onlardan özümüz yararlanacağıq.
 
- 2011-2012-ci il mövsümündə əsas komandanız Unibank Premyer Liqasında mükafatçılar sırasına düşə bilmədi. Sizcə, akademiyanızın futbolçuları ilə yaxın illərdə Premyer Liqanın qalibi olmaq mümkündürmü, yoxsa onlarla birgə legionerlər də oynamalıdırlar?
- İspaniya “Barselona”sının hazırkı heyətindən 8 oyunçu klubun akademiyasından yetişib. “Barsa”da bu, mümkündürsə, niyə də “Qəbələ”də olmasın? Əslində bizim hədəfimiz də budur: Gənc futbolçularımızı əsas komandaya qazandırmaq. Premyer Liqanın son turunda akademiyamızın yetirməsi Amil Yunanov “Neftçi”yə qol da vurdu. Bu mövsüm baş məşqçimiz Fatih Kavlak akademiyamızın 6 yetirməsini əsas komandaya cəlb edib. Çalışsınlar, mübarizə aparsınlar və o formanı haqq etsinlər. Kavlakın da onlara önəmli dərəcədə şans verəcəyinə inanıram. Çünki o, gənclərə önəm verən çox yaxşı baş məşqçidir. Kavlakın fəaliyyəti sayəsində “Qəbələ” Premyer Liqada ilk “6-lığ”a vəsiqə qazandı və “pley-off”da ən çox xal toplayan komanda oldu. Onun türk olması da bizim akademiya prizmasından önəmlidir. Eyni dildə danışır, eyni mentalitetə malikik. Növbəti mövsümdə Kavlakın daha da uğurlu olacağına inanıram. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.