3 iyun 2012 01:51
“Bu yarış həyatımda gördüyüm ən yaxşı turnirdi”
“On ildən artıqdır ki, məşqçi kimi fəaliyyət göstərirəm. Həm futbolçu, həm də məşqçi kimi bir çox turnirlərdə iştirak etmişəm. Bu yarış həyatımda gördüyüm ən yaxşı turnirdir. “Qəbələ” bununla fəxr etməlidir”.
Azerisport.az xəbər verir ki, bu sözləri media nümayəndələri üçün təşkil olunmuş brifinqdə “Brondbü” klubunun baş məşqçisi Soren Yul deyib. Yul açıqlamasında komandasının oyunu və “Qəbələ” ilə görüşdə böyükhesablı məğlubiyyət barədə danışıb:
“İstədiyimiz nəticəni əldə edə bilməsək də, uşaqların oyunu ilə fəxr edirəm. Lakin şanssızlıq kefimi pozur. İlk oyunda “Qəbələ”yə böyük hesabla məğlub olduq. “Qəbələ”ni daha öncə iştirak etdiyimiz beynəlxalq turnirlərdən tanıyıram. Komandanız istedadlı futbolçulardan təşkil olunub. Türkiyədə onların çıxışını izləmişik. “Qəbələ” komandamızla çox gözəl oyun nümayiş etdirdi və layiqli qələbə qazandı”.
