3 iyun 2012 15:06
“Nəticə önəm daşımırsa, niyə yığmamız zəif rəqiblərlə qarşılaşmalıdı”?
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində klublarımızın avrokuboklar öncəsi hazırlıqlarından, transferlərindən, eləcə də millimizin yoldaşlıq oyunlarından danışıb.
- Avrokuboklar öncəsi sizin keçmiş klubunuz “Neftçi” bir neçə futbolçusu ilə yollarını ayırdı. Sizcə, Çempionlar Liqası kimi çətin turnir ərəfəsində riskli addım deyil ki?
- Görünür, Böyükağa Hacıyevin bununla bağlı öz planları var ki, bu addımı atıb. Düzdü, gedənlər yaxşı futbolçulardı. Amma mümkündü ki, yeni gələnlər onlardan da yaxşı olsunlar. Slavço Georgiyevski, Rəşad Abdullayev kimi futbolçuların “Neftçi”dən kənarlaşdığını eşidən kimi demişdim ki, çətin onlar uzun müddət klubsuz qalarlar. Elə də oldu. Slavço “İnter”ə, Rəşad “Qəbələ”yə keçdi.

- Avrokuboklarda iştirak edəcək klublarımız “İnter” istisna olmaqla hələlik transfer bazarında fəallıq nümayiş etdirmirlər...
- Fikrimcə, hələ nəsə etməyə tezdi. Tezliklə klublar avrokubokların hazırlıqlarına start verəcəklər. Yeni futbolçular da məhz təlim-məşq toplanışlarının gedişində sınaqdan keçiriləcəklər. Məncə, avrokuboklar öncəsi bütün klublarımızın heyətində çoxlu yeni adlara rast gələcəyik.
- Yığma komandamızın Andorra ilə qolsuz heç-heçəsini necə qarşıladınız?
- Oyunu görməmişəm. Amma nəticə çox məyusedicidi. Biz deyirik yoxlama oyunlarında nəticə vacib deyil. Elə isə, nəticəsi önəm daşımayan yoxlama oyunları üçün niyə zəif rəqiblər seçirik? Hələ hər şey qabaqdadı. Çünki çox şeyə DÇ-2014-ün seçmə mərhələsində aydınlıq gələcək.

- Çoxlarını Berti Foqtsun hələ də start heyətini müəyyənləşdirməməsi təəccübləndirir...
- Görünür, əsas heyətlə bağlı axtarışlar hələ davam edir. İstənilən halda hər şeyə baş məşqçi qərar verir. Biz komandamızın qələbələrini görmək istəyirik. Xeyli gənc futbolçularımız var ki, artıq onlar da əsas milliyə cəlb olunmağa başlayıblar. Bu, sevindirici haldı.
- Futbolumuzun gələcəyindən söz düşmüşkən, U-17-nin Caspian Cup turnirindəki çıxışını necə qiymətləndirərdiniz?
- Bu komandada yaxşı, perspektivli işlər görmək mümkündü. Bu komandanın üzvləri indi elə yaşdadılar ki, öz üzərlərində işləmələri lazımdı. Onların iki oyunlarına baxmışam. Yaxşı təsir bağışlayıblar.
- Bu komandada yaxşı, perspektivli işlər görmək mümkündü. Bu komandanın üzvləri indi elə yaşdadılar ki, öz üzərlərində işləmələri lazımdı. Onların iki oyunlarına baxmışam. Yaxşı təsir bağışlayıblar.
- Düşünmürsüz ki, yığmamıza bir qədər zəif rəqiblər düşüb?
- Mümkündü ki, Qazaxıstan və Qırğızıstan o qədər də yüksək səviyyəli rəqiblər deyil. Amma Türkiyə, Gürcüstan kimi komandalar kifayət qədər güclüdülər. Məncə, komandamızın nə qədər güclü olduğunu final oyunu göstərəcək.

- Bu yaxınlarda PRO kateqoriyası alsanız da, işsiz qalmısız...
- Məşqçi işi elədi ki, istənilən vaxt, istənilən müddətə qədər işsiz qala bilərsiz. Lakin hər şeydən önəmli olan odu ki, işsiz də qalsaq, bu sənətlə bağlı yeni nələrsə öyrənə bilirik.