3 iyun 2012 15:15
Millimiz finalda Gürcüstan ilə qarşılaşacaq
İyunun 4-də keçiriləcək oyunlarla AFFA-nın 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil etdiyi II Caspian Cup beynəlxalq turnirinə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, turnirin qalibi adı uğrunda oyunda A qrupunda ilk pillənin sahibi olmuş Azərbaycan yığması B qrupunda birinci yeri tutmuş Gürcüstan komandası ilə qarşılaşacaq.
Qrup mərhələsinin yekun turnir cədvəlini və son oyun gününün təqvimini diqqətinizə çatdırırıq:
VII yer uğrunda oyun
Qırğızıstan – Yaponiya
Saat 10:00. AZAL Arena
V yer uğrunda oyun
Litva – Türkiyə
Saat 10:00. «Dalğa Arena»
III yer uğrunda oyun
Qazaxıstan – Özbəkistan
Saat 17:00. «Dalğa Arena»
Final
Azərbaycan – Gürcüstan
Saat 19:30. «Dalğa Arena»
