3 iyun 2012 15:44
Qarabağ beş futbolçu ilə müqavilə bağladı
“Qarabağ” futbolçuları ilə yeni müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Ansi Aqolli və Admir Telinin ardından daha 5 üzvü ilə anlaşmanın müddətini artırıb.
Belə ki, bölgə təmsilçisi “Qarabağ” Emin İmaməliyev, İlqar Qurbanov, Zaur Həşimov, Kamil Hüseynov və Tural İsgəndərovla yeni müqavilə bağlayıb. 2008-ci ilin yanvar və avqustunda “Qarabağ”a gələn Zaur və Emin, eyni zamanda il yarımdı komandanın şərəfini qoruyan İlqar Qurbanovla 1 il, Ağdam klubunda 3 ilini arxada qoyan Tural İsgəndərov və komandanın yetirməsi Kamil Hüseynovla 3 illik müqavilə imzalanıb.
