3 iyun 2012 00:03
“Bu günə kimi bu cür gözəl ot örtüyündə oynamamışdıq”
“Turnir haqda “Qəbələ”nin sabiq futbolçusu Milan Antiç vasitəsilə məlumat aldıq. O "Qəbələ" haqda bizi məlumatlandırdı və turnirdə iştirak etməyi məsləhət gördü. Bura haqda çox eşitmişdik. Amma gələndə gördüklərimiz gözləmədiyimizdən artıq oldu”. Azerisport.az xəbər verir ki, bu sözləri Serbiya milli komanadsının baş məşqçisi Branislav Nikoliç deyib.
O, I Qəbələ Kuboku haqda fikirlərini kütləvi informasiya vasitələri üçün təşkil olunmuş brifinqdə açıqlayıb: “İlk dəfədir ki, yığmamız belə bir turnirdə çıxış edir. Komandamız bu günə kimi bu cür gözəl ot örtüyündə top qovmamışdı. Serbiya yığmasının bazası da böyükdür. Lakin “Qəbələ”nin layihələrinin tamamlanmadığını nəzərə almalıyıq. Bu baza gələcəkdə çox böyük və gözəl olacaq”.
