3 iyun 2012 00:07

Haciyevski: Nə vaxtsa yenidən Azərbaycana dönmək variantına baxacağam

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Bakı” və “Simurq”un sabiq baş məşqçisi Qyoko Haciyevski azerisport.az saytına müsahibəsində karyerasından, millimizdən, eləcə də Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsindən danışıb.
 
- Hazırda nə işlə məşğul olursuz?
- Skopyedəyəm. Evdə istirahətlə məşğulam. “Najran”dakı ağır mövsümdən sonra istirahətə çox ehtiyacım var idi.
 
- Bu komanda ilə geridə qalan mövsümdə nəyə nail ola bildiniz?
- Biz sonda 30 xalla 11-ci pilləni tutduq. Bu, komandanın Səudiyyə Ərəbistanı Premyer Liqasındakı tarixi ərzində ən yaxşı göstəricidi. Lakin mənim üçün artıq “Najran” səhifəsi qapanıb.
 
- Niyə?
- Maaşları tez-tez gecikdirirdilər. Bütövlükdə, işə peşəkar yanaşma yox idi. Bütün bunları nəzərə alıb iş yerimi dəyişməyə qərar verdim. Bu üzdən elitanın digər təmsilçisi “Əl-Taavon”dan aldığım dəvəti qəbul etdim. Orda şərtlər daha yaxşıdı. Komanda ev oyunlarını 25 min azarkeş tutumuna malik arenada keçirir.
 
- Bütövlükdə, Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi Azərbaycan Premyer Liqası ilə müqayisədə necədi?
- Teleyayım baxımından ərəblər öndədilər. Onlar hər oyunu canlı yayımlayırlar. Oyundan əvvəl və sonra futbolçularla, məşqçilərlə müsahibələr təşkil edirlər. Oyunlara maraq qatmaq üçün hər cür şoudan istifadə edirlər. Oyun səviyyəsinə gəlincə, bu mənada geri qalırlar. Güclü komandalar da var, zəiflər də.
 
- Azərbaycan çempionatı üçün darıxmırsız?
- Mən orda çalışarkən Azərbaycanı çox sevmişdim. Amma hələ ora qayıtmaq imkanı görmürəm. Növbəti mövsüm “Əl-Taavon”dayam. Bu komandadan ayrılandan sonra Azərbaycandan təklif alsam, onu mütləq dəyərləndirməyə çalışaram. Hələ ki, ondan sonra ölkənizdən heç bir təklif almamışam.
 
- Heç olmasa çempionatımızı izləyirsiz?
- Bəli, əlbəttə. Bilirəm ki, “Neftçi” ardıcıl ikinci dəfə çempion oldu. Onları bu münasibətlə təbrik edirəm. Azərbaycan yığmasının oyunlarından da xəbərim olur.
 
- Təəssüratlarınız?
- Mən millinizin çıxışına şərh vermək istəmirəm. Çünki o komandanın baş məşqçisi deyiləm. Millidə baş verənləri daha yaxşı bilən bir şəxs var. O da Berti Foqtsdu.
 
- Bakını sonuncu dəfə nə vaxt xatırlamısız?
- Avroviziya zamanı. Həmin müsabiqəyə ailəmlə birgə televizordan baxdım. Siz təsəvvür edə bilməzsiz ki, Avroviziya zamanı nə qədər zənglər aldım.
 
- Nə deyirdilər ki?
- Dostlarım, tanışlarım Azərbaycanın inkişaf etməkdə olan ölkə olduğunu bilirdilər. Amma bütün bunları öz gözləri ilə görəndə çox təəccübləndilər.
 
- Yəqin ki, Makedoniya təmsilçisinə azarkeşlik edirdiniz...
- Əlbəttə. Özü də mən Kaliopi ilə şəxsən tanışam. Eyni zamanda Serbiya təmsilçisi Jelko Yoksimoviçlə də tanışlığım var. Keçmiş Yuqoslaviyada onu hamı gözəl tanıyır.
 
- AÇ-2012-də kimə azarkeşlik edəcəksiz?
- Mən həmişə İspaniya yığmasına simpatiya bəsləmişəm. Çünki “Barcelona”nın pərəstişkarıyam. Almaniya yığması da qitə çempionatına yaxşı hazırlaşıb. Mənə elə gəlir ki, onlar finala qədər irəliləyə biləcək gücdədilər. Eyni zamanda da xorvatlara azarkeşlik edəcəm. Onlar da keçmiş Yuqoslaviyadan bizim həmyerlilərimiz hesab olunurlar. Slaven Biliçi yaxşı tanıyıram. O, vaxtilə Yuqoslaviyanın gənclər yığmasında rəhbərliyim altında çıxış edib. Hərdən zəngləşirik. Əgər AÇ-yə kimi zəng etsə, uğurlar arzulayacağam.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.