3 iyun 2012 00:11
Novruz Əzimov Avroliqada iki mərhələ keçməyə söz verdi
“Bakı”nın baş məşqçisi vəzifəsinə təsdiqlənən Novruz Əzimov bu etimadın qarşılığında komandasının Avropa Liqasında ən azı iki mərhələ keçməsinə nail olmaq arzusundadı. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, mənim üçün böyük şərəfdi. Bütün məsuliyyətimlə dərk edirəm ki, mənə çox böyük bir iş həvalə olunub. Klub prezidenti Hafiz Məmmədova dəstəyinə və inamına görə təşəkkürümü bildirirəm. Həmçinin onu da başa düşürəm ki, bu, mənim üçün bir şansdı və bu şansdan maksimum yararlanmalıyam. Komandanın Avropa Liqasında iki mərhələ keçməsi üçün əlimdən gələni edəcəyəm. Lakin təbii ki, daha böyük uğura imza ata bilərik. Ona görə də daha çox çalışmaq lazımdı. Bu postda uzun illər qalmaq üçün göstərilən etimadı artıqlamasıyla doğrultmalıyam”.