3 iyun 2012 21:29
Qəbələ kubokunun qalibi Galatasaray oldu (YENİLƏNİB)
Bu gün 15 yaşadək futbolçular arasında təşkil olunan I Qəbələ Kubokunun final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan bu turnirdə iki klubla təmsil olunurdu.
Bunlardan biri turnirin təşkilatçısı “Qəbələ”, digəri isə “Qarabağ” idi. Meydan sahibləri 5-ci yer uğrunda oyunda “Villareal”la üz-üzə gəliblər. Lakin İspaniya klubu təmsilçimizi yenərək turnirin beşincisi olub. Ağdam klubu isə sonuncu olmamaq üçün Hollandiya “Feyenoord”una qalib gəlməliydi. Amma təəssüf ki, "Qarabağ" da "Qəbələ"nin aqibətini yaşayıb və turnirin ən zəif komandası olub.
3-cü yer yer uğrunda oyunda "Brondbü" ilə "Levante" qarşılaşıb. İspaniya təmsilçisi daha güclü çıxıb və bürünc medallara sahib çıxıb. Turnirin qalibi adı uğrunda isə “Galatasaray”la Serbiya millisi üz-üzə gəlib. Əsas vaxtı heç-heçə bitən görüşdə qalibi penaltilər müəyyənləşdirib. Qardaş ölkə təmsilçisi daha dəqiq oynayaraq, baş mükafata sahib çıxıb.
Qəbələ kuboku
3 iyun
7-ci yer uğrunda oyun
Qarabağ – Feyenoord - 0:5
5-ci yer uğrunda oyun
Qəbələ - Villarreal - 1:4
3-cü yer uğrunda oyun
Brondbü – Levante - 0:2
Final
Galatasaray – Serbiya yığması - 1:1 (penaltilərlə 4:2)
